Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdabanın qanlı izi - VİDEO

Ağdabanın qanlı izi - VİDEO

Tarix: 9 Aprel 2021 12:50

Bəşəriyyətə qarşı törədilən cinayət faktından 29 il ötür

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, XX əsrin sonunda Ermənistanın Azərbaycanda törətdiyi ən dəhşətli soyqırımlardan biri - Ağdaban faciəsindən 29 il ötür.

Ermənilər bu dəfə də öz xislətinə uyğun olaraq kəndə gecəyarı hücum edib, ağlagəlməz, insanlığa sığmayan vəhşiliklər törədiblər.

Qadın, qoca, uşaq demədən yüzlərlə insanı işgəncələrə məruz qoyublar. İstər hərb qanunlarına, istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına sığmayan soyqırıma imza atıblar. Xocalı soyqırımı ilə eyni ildə törədilən bu faciə zamanı da erməni silahlı birləşmələri 130 sakini olan bir kəndi yer üzündən tamamilə siliblər.

1992-ci il aprelin 8-də səhərə yaxın erməni quldurları Kəlbəcər rayonunun Ağdaban kəndi yaxınlığındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetiriblər.

Daha sonra kəndi aramsız atəşə tutmağa başlayıblar. Qəfil yuxudan oyanan kənd camaatı baş verənlərdən çaş-baş qalıb.

Bundan istifadə edən quldur dəstələr kənddə olan 130 evə od vurub, 779 dinc sakininə işgəncə veriblər. Ağdaban kəndində ermənilərin həyata keçirdiyi soyqırımı nəticəsində 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə isə ağır bədən xəsarətləri yetirilib.

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şerinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən ev muzeyi yandırılıb.

Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində qazandığı qələbə ilə bütün şəhidlərimizin, o cümlədən Ağdaban qurbanlarının qisasını aldı. Beləliklə ağ dabanın izindəki qan alındı.


Etiketlər:  Ağdabanın qanlı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ