Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elza Seyidcahan anasından danışdı: “Deyir ki, efirdə ətəyini yelləmə“

Elza Seyidcahan anasından danışdı: “Deyir ki, efirdə ətəyini yelləmə“

Tarix: 9 Aprel 2021 14:20

Əməkdar artist Elza Seyidcahan ATV telekanalında yayımlanan "Zaurla Günaydın" proqramının qonağı olub.

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, müğənni, bəstəkar anasının ona qoyduğu qadağalardan danışıb:

"Efirə çıxanda anam mənə iradlar tutur: ətəyini çox yelləmə, onu geyinmə. Bu yaşda da mənə nələrsə deyir".

Sənətçi oğlunun qısqanclıqlarından da danışıb:

"Qız övladı yox, oğul ananı qısqanır. Anaya atadan çox diqqət ayırır. Qadın da oğul anası olandan sonra dəyişir. Oğlum evlidir, amma yenə də qısqancdır. Allah mənə övladı, nəvəni erkən yaşda nəsib etdi. Bildi ki, sənətim çətindir, onla məşğul olacam. Balalarımın ana, atası var. Gedib öz həyatların yaşasınlar. Onlara Elza Seyidcahan adı ömürləri boyu bəsdir. Onlara yetəri qədər hörmət qoymuşam. Elə tərbiyə vermişəm ki, çalışdıqları yerdə hörmət qazanıblar". 


Etiketlər:  Elza Seyidcahan anasından danışdı Deyir efirdə ətəyini yelləmə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ