Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanda ''əsir'' fırıldağı - erməniləri kim aldatdı? - FOTO

İrəvanda ''əsir'' fırıldağı - erməniləri kim aldatdı? - FOTO

Tarix: 9 Aprel 2021 15:03

Erməni "hərbi əsir"lərin yaxınları ötən gün hakimiyyət nümayəndələrindən, o cümlədən deputatlardan çoxsaylı telefon zəngləri alıblar. Onlara bildirilib ki, "hərbi əsirlər"dən ibarət təyyarə axşam Bakıdan Yerevana enməlidir.

Bu zaman müxtəlif rəqəmlər səsəlnib - 60-dan 90-a yaxın "hərbi əsir"in olduğu bildirilib. Zəng edən hər kəs "əsirlər"in yaxınlarına informasiyanı birinci verdiyini, eləcə də, özünün piarı üçün prosesdə şəxsən iştirak etdiyini bildirib.

Nəticə isə şokedici olub. Belə ki, "əsirlər"in yaxınları Yerevan aeroportuna yollanıb və ümid ediblər ki, məhz onların yaxını vətənlərinə dönəcək. Lakin bəlli olub ki, təyyarə bom-boşdur. Aeroporta gələn şəxslər sadəcə şokda olublar. Heç bir məmur da onlara cavab verə və vəziyyətə aydınlıq gətirə bilməyib. Bir neçə saat sonra isə "əsirlər" problemini həll etmək üçün avtomobil yolunu bağlayıblar. Hal-hazırda Gümrüdən Yerevana və Vanadzora gedən yol bağlı vəziyyətdədir.

Kamran


Etiketlər:  İrəvanda əsir fırıldağı erməniləri aldatdı FOTO


RƏYLƏR