Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 16:36
Rusiyanın "Svobodnaya Pressa" nəşri məqalə dərc edib və məqalədə Nikol Paşinyanın aprelin 7-dəki səfəri, Rusiya prezidenti Vladimir Putin ilə görüşü kontekstində erməni-rus münasibətlərinə toxunub.
Sonxeber.net ordu.az-a istinadən xəbər verir ki, nəşr qeyd edib ki, Rusiya Ermənistanda hərbi varlığını artıracaq.
Bənzər nəticəyə aprelin 7-də Moskvada baş tutmuş Putin-Paşinyan danışıqlarından gəlmək olar.
Rus jurnalist Dmitri Seleznyovun sözlərinə görə, bütün Ermənistan xalqının Paşinyana nifrət etdiyini düşünmək yanlışdır.
"Mən martın 1-də İrəvanda idim, Paşinyan və müxalifətin mübarizəsinin pik nöqtəsi idi. Hakimiyyət yönümlü mitinqin iştirakçıları Bağramyan prospektini bağlamış müxalifətçilərdən iki-üç dəfə daha çox idi", - deyə o qeyd edib.
Erməni siyasi analitik Hayk Xalatyan bildirib ki, Paşinyanın Moskvaya səfəri iki məqsədi güdürdü - birincisi xarici siyasi məqsəd, regiondakı vəziyyətin müzakirəsi, üçtərəfli razılaşmaların həyata keçirilməsi idi.
Onun sözlərinə görə, ikincisi təbii olaraq daxili siyasi məqsəd idi.
Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin siyasət kafedrasının dosenti Gevorq Mirzoyan qeyd edib ki, Kreml seçkilər zamanı Paşinyanı məqsədyönlü şəkildə dəstəkləməyəcək.