Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 08:40
Rusiyanın Moskva şəhərində fırıldaqçılar bank müştərilərinə zəng edərək onların səsini yazaraq, daha sonra kreditlərin rəsmiləşdirilməsi üçün istifadə etməyə başlayıblar.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bugünkü gündə banklar öz müştərilərinin şəxsiyyətini təyin etmək və ya yoxlamaq üçün biometrik məlumatlar, o cümlədən səs yazılarını toplaya bilər. Müştərilər üçün biometriyanın verilməsi könüllüdür. Son zamanlar isə bu fürsətdən fırıldaqçılar öz məqsədləri üçün istifadə etməyə başlayıblar.
"Bəzi bankların biometrik məlumatlarla kredit rəsmiləşdirilməsi xidmətini təqdim etdiyini bilərək, cinayətkarlar səsin tanınması xidməti olan bankın müştərilərinə zəng edirlər və yalnız "bəli" və ya "yox" cavab vermək tələb olunan suallar verirlər. Söhbət yazılır və sonra cavablar fırıldaqçılar tərəfindən qurbanlarına kredit vermək üçün istifadə olunur", - polisdən bildiriblər. Sonradan moskvalılar bank hesablarından vəsaitin çıxarılmasını və kredit ödənişi edildiyini aşkar edirlər.
Polis bank müştərilərini fırıldaqçıların qurbanı olmamaq üçün ayıq-sayıq olmağa çağırır.