Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 68 yaşlı kişini avtomobil vurub öldürdü

Bakıda 68 yaşlı kişini avtomobil vurub öldürdü

Tarix: 26 Aprel 2019 19:24

Bakı. Samir Əli - Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Xətai prospekti 25 saylı ünvanın qarşısında 1989-cu il təvəllüdlü Xanbutayev Zaur Əli oğlu idarə etdiyi "KİA Sorento" markalı avtomobillə piyada, 1951-ci il təvəllüdlü Abasov İsmayıl İbrahim oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda yaşlı kişini avtomobil vurub öldürdü


RƏYLƏR