Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 12:14
Azərbaycanda 21 uşaq qeyri-qanuni yolla amerkalılara övladlığa verilib.
Sonxeber.net sonxeber.az-a istinadla xəbər verir ki, "Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişində valideynlərini axtaran və amerikalıya övladlığa verilən Fidanla bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
Aparıcı bildirib ki, 90-cı illərdə 21 uşaq ABŞ-a övladlığa verilib:
"Fidan da həmin 21-i uşaqdan biridir. O, iki yaşında amerikalı qadına verilib. Biz böyük axtarışa başlamışıq. Mən həmin illərdə Amerikaya övladlığa verilən 21 uşağın izinə düşmüşəm. Bu mənim üçün dəhşətdir. Fidan, təşəkkür edirəm ki, valideynlərini tapmaq üçün müraciət etdin və mənə yeni bir yol açdın. Azərbaycanda 90-cı illərdə 21 uşağın kim tərəfindən övladlığa verilib? Necə olub ki, o amerikalılar gəlib uşaqları aparıb? Bütün bunlarla bağlı böyük axtarışa başladım. Mən Fidanın ana-atasının axtarışına başlayanda dəhşətli faktın üstünü açdım".