Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hüquqşünas: “Koronaviruslu şəxslərə qarşı bu halda cinayət işi açmaq olmaz”

Hüquqşünas: “Koronaviruslu şəxslərə qarşı bu halda cinayət işi açmaq olmaz”

Tarix: 11 Aprel 2021 17:44

"Müraciətinə aidiyyəti dövlət orqanları tərəfindən cavab verilmədiyi təqdirdə zəruri ehtiyaclarını qarşılamaq üçün yaşayış yerini tərk edənğ koronaviruslu şəxslər barəsində cinayət işinin başladılması doğru deyil".

Sonxeber.net bildirir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında Vəkillər Kollegiyasının üzvü Seymur Yusifli deyib.

"Vətəndaşın müraciətinə dövlət oqranları tərəfindən cavab verilməyibsə və məcburiyyət qarşısında qalıb yaşayış yerini tərk edibsə, bu, nəzərə alınmalıdır. Həmin şəxslərin bu barədə əsaslandırılmış sübutları olmalı və araşdırmada bu hallara mütləq qiymət verilməlidir. Çünki vətəndaş məcburiyyət qarşısında qalaraq, zəruri ehtiyaclarını qarşılamaq üçün mənzilini tərk edir. Belə olan halda isə həmin şəxslər barəsində cinayət işinin başladılması doğru olmaz", - o bildirib.


Etiketlər:  Hüquqşünas Koronaviruslu şəxslərə qarşı halda cinayət işi açmaq olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ