Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çay nədir, say nədir?'' deyənlərə xəbərdarlıq

''Çay nədir, say nədir?'' deyənlərə xəbərdarlıq

Tarix: 11 Aprel 2021 17:51

Qaynar çay içmək həyat üçün təhlükəli fəsadlara yol açır. 

Sonxeber.net Sputnik Azərbaycan-a istinadın bildirir ki, bir neçə il ərzində 500 min insanı müşahidə edən mütəxəssislər belə qənaətə gəliblər ki, müntəzəm olaraq 65 dərəcədən isti çay içmək həzm yollarının xərçənginə səbəb olur. 

Qastroenteroloq, professor Vedat Göral deyir ki, bu xərçəng xəstəliyi dünyada ölüm səbəblərindən altıncısıdır (digər mənbələrə görə - səkkizincidir). 

"Bu, çox ciddi xəstəlikdir. Onun genetik əsası var, amma tətikləyici amillər də mövcuddur. Araşdırmalara görə, Türkiyənin şərqində, Çində, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda çay və digər isti içkilər çox içildiyindən qida borusunun xərçənginə daha çox rastlanır", - professor deyib. 

İnsan siqaret çəkdiyi və alkoqollu içki içdiyi zaman bu xəstəliyin inkişaf riski daha da artır.

"Əgər siqaret çəkən adam çoxlu miqdarda qaynar çay içirsə, xərçəngin inkişaf riski iki dəfə artır, alkoqol qəbul edirsə, risk beş qata yüksəlir", - Göral qeyd edib.

Əgər qaynar olduğundan stəkanı əlinizdə tuta bilmirsinizsə, o zaman həmin çayı içmək təhlükəlidir. Təzə dəmlənmiş çay sevənlər onu içmədən öncə gərək 3-4 dəqiqə soyumasını gözləsinlər. Mütəxəssis əlavə edir ki, gün ərzində 3-4 fincandan artıq çay içmək də yaxşı deyil.

Qaynar içkinin ardından soyuq maye qəbul etmək də professorun fikrincə, yanlışdır, çünki bu səbəbdən qida borusunda yaralar açılır və yenə də xərçəngə səbəb olur. 

Ekspert deyir ki, bu xəstəliyin ən vacib əlaməti udqunmanın pozulmasıdır. Patologiyanı vaxtında aşkarlayıb müalicə etmək üçün həkimə müraciət edib, endoskopiya, biopsiya mərhələlərindən keçmək gərəkdir.


Etiketlər:  Çay nədir nədir deyənlərə xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ