Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bərdədə ad günü keçirənlər cərimələndi

Bərdədə ad günü keçirənlər cərimələndi

Tarix: 12 Aprel 2021 13:30

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Həsənqaya kənd sakini Bakir Sadıqovun yaşadığı evdə qonaqların iştirakı ilə nəvəsinə ad günü məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.


Etiketlər:  Bərdədə günü keçirənlər cərimələndi


RƏYLƏR