Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda yeni ingilisdilli sayt fəaliyyətə başladı

Azərbaycanda yeni ingilisdilli sayt fəaliyyətə başladı

Tarix: 12 Aprel 2021 13:38

Azərbaycanda ingilis dilində yeni infomasiya və analitik portal olan "BakuTribune" (www.bakutribune.com) fəaliyyətə başlayıb.

Sonxeber.net xəbər verir ki, "BakuTribune" komandasının əsas vəzifələri informasiyanın operativ şəkildə çatdırılması, xarici mütəxəssislər və yerli jurnalistlərin geosiyasi sahədə cərəyan edən hadisələrin təhlili və icmalları, aktual videolar və digər materialları oxuculara çatdırmaqdır. Layihə əsasən həm Azərbaycanda, həm də xaricdə maraq doğuracaq ingilis dilində eksklüziv kontingentin yaradılmasına yönəlib.

"BakuTribune"un qurucusu və baş redaktoru "Vzglyad.az" xəbər agentliyinin baş redaktoru, "China Daily", "CGTN" (Çin), "Daily Sabah" (Türkiyə), "Daily Times" (Pakistan) nəşrlərinin köşə yazarı Seymur Məmmədovdur.

"Bu gün Azərbaycan media məkanının ingilisdilli seqmentinin əlavə inkişafa ehtiyacı var. Azərbaycanda ingilis dilində mənbələrin sayı məhduddur. Mənim prioritetim eksklüziv analitik məzmunun və video məzmunun aktiv inkişafı olacaqdır. Layihədə aydın şəkildə müəyyən edilmiş hədəflər və onlara çatmaq üçün strategiyalar var ", - S.Məmmədov deyib.


Etiketlər:  Azərbaycanda yeni ingilisdilli sayt fəaliyyətə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ