Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Düşməndən dəfələrlə çox itki verməliydik'' - Polkovnik HƏQİQƏTİ AÇIQLADI

''Düşməndən dəfələrlə çox itki verməliydik'' - Polkovnik HƏQİQƏTİ AÇIQLADI

Tarix: 12 Aprel 2021 17:00

"Hücuma keçənin müdafiə olunandan canlı qüvvədə- sovet hərbi  standartları ilə 3 dəfə, NATO standartları ilə 5 dəfə çox olmalıdır. Bunu Döyüş Nizamnamələri tələb edir".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Nazim Bayram deyib.

Polkovnik-leytenant bildirib ki, Azərbaycan komandanlığının yeni müharibə yanaşmaları və düşüncəsi, müasir silah və vasitələrin tətbiqi və bölmələrimizin yüksək döyüş hazırlığı imkan verdi ki, düşməndən daha az itki verək:

"Məlumdur ki, ermənilərin müdafiəsi iki, bir birinin arxasınca qurulmuş eşelondan ibarətdir:

1. Düşmən müdafiəsinin birinci eşelonu işğal olunmuş Cəbrail, Fizuli, Ağdam və Kəlbəcər rayonlarından keçir və təmas xətti adlandırdığımız xətti təşkil edir. 

2. İkinci eşelon əsasən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədi ilə-dağlarda təşkil etdiyi möhkəmləndirilmiş müdafiə rayonlarından(MMR) ibarətdir. Düşmən,  MMR sistemini "Ohanyanın xətti" adlandırır və onu keçilməz hesab edirdi. 

Hər iki eşelon xüsusi möhkəmləndirilmiş müdafiə istehkamlarından və qarşısı minalanmış və digər mühəndis-istehkamlardan ibarətdir.  Ancaq yalnız Tərtərlə üzbəüz keçən düşmən müdafiəsi onun bilavasitə ikinci eşelonunun (MMR sisteminə) tərkibinə daxildir.

Ordumuz keçirdiyi əməliyatlarda tutduğu Lələtəpə yüksəkliyi düşmən müdafiəsinin birinci eşelonuna daxil idi, ikinci-Talış və Madagiz ətrafındakı yüksəkliklər müdafiəsinin ikinci eşelonuna- MMR sisteminə, bilavasitə tərifli "Ohanyan xəttinə"- daxil idi. Ordumuz düşmənin həm birinci eşelonunu yardı, ən əsası isə bilavasitə MMR sisteminin Ağdərə istiqamətində, onun müdafiəsində mühüm rol oynayan müdafiə qovşağını darmadağın edərək, əhəmiyətli yüksəklikləri tutdu. 

Azərbaycan komandanlığının yeni müharibə yanaşmaları və düşüncəsi, müasir silah və vasitələrin tətbiqi və bölmələrimizin yüksək döyüş hazırlığı və döyüş idarəetmə və əlaqələndirilməsi imkan verdi ki, hücumda olmağımıza baxmayaraq, müdafiədə dayanan düşməndən daha az itki verək. Halbuki, normalda söhbət tamamilə tərsindən getməli və mübahisə predmeti- düşməndən neçə dəfə çox itki verməmiz olmalı idi. 

Düşməndən 3 dəfə çox itki versəydik belə, döyüş vəzifələrinin tam həcmdə yerinə yetirdiyimizi nəzərə alaraq, normal hesab olunmalıydı. Ancaq biz əksini görürük - müdafiədə olan düşmənin döyüş itkiləri istər canlı qüvvədə, istər texnika və artilleriya vasitələrində bizdən daha çox olmuşdu".

Təhməz Əsədov


Etiketlər:  Düşməndən dəfələrlə çox itki verməliydik Polkovnik HƏQİQƏTİ AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ