Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda koronavirusun 3-cü dalğası başlayıb

Gürcüstanda koronavirusun 3-cü dalğası başlayıb

Tarix: 12 Aprel 2021 17:54

Gürcüstanda koronavirusun 3-cü dalğasının başladığı elan olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin baş direktoru Amiran Qamkrelidze məlumat verib.

"Ölkədə artıq üçüncü dalğa başlayıb, lakin genişmiqyaslı bir epidemiyaya çevrilməməsi üçün mümkün qədər idarə olunan olmasına çalışırıq. Müəyyənləşdirdiyimiz bütün yoluxma qrupları insanların toy, ad günləri və s. mərasimlərdə toplaşması ilə əlaqədardır",- deyə Qamkrelidze bildirib.

O həmçinin qeyd edib ki, yoluxmaların artması son zamanlar sürətlə yayılan koronavirusunBöyük Britaniya ştammı ilə bağlıdır.

Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı 26 fevral 2020-ci ildə qeydə alınıb.

Milli.Az


Etiketlər:  Gürcüstanda koronavirusun dalğası başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ