Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artist oğlu ilə aparıcıya mahnı yazdı - VİDEO - FOTO

Əməkdar artist oğlu ilə aparıcıya mahnı yazdı - VİDEO - FOTO

Tarix: 13 Aprel 2021 15:15

Ötən ilin sonlarından "Salam, əsgər!"lə ifaçılığa geri dönən müğənni Mehin Hümbətova növbəti mahnısını təqdim edib.

Sonxeber.net xəbər verir ki, "Ağlama" adlı mahnının sözlərini və musiqisini Əməkdar artist Rəşad Haşımovla oğlu Mircamal Haşımov ərsəyə gətirib.

M.Hümbətova bildirib ki, rejissor Emin Muradovla məsləhətləşərək mahnını video şəklində yayımlamaq qərarına gəlib. O, növbəti klipinin də hazır olduğunu, yaxın aylarda təqdim ediləcəyini söyləyib.

Operatorluğunu Murad Muradlının etdiyi "Ağlama" ifaçının rəsmi "Youtube" kanalında paylaşılıb.

Qeyd edək ki, sənətçi uzun müddətdir ifaçılıq sənətindən uzaqlaşsa da, aktrisalıq və aparıcılıq edirdi. M.Hümbətova hazırda da AzTV-də yayımlanan "1 AzTV" verilişinin aparıcısıdır.


Etiketlər:  Əməkdar artist oglu ilə aparıcıya mahnı yazdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ