Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 18:45
Bananlar yüksək dərəcəli yolxucu torpaq göbələyi səbəbindən tam yoxa çıxma təhlükəsi ilə üzləşib. Bu xəstəlik o qədər güclüdür ki, onu ən ağır ximikatlar da məhv edə bilmir.
Milli. Az Die Welt-ə istinadən yazır ki, Tropical Race 4 (TR4) adklanan xəstəliyi ilk dəfə 2019-cu ildə dünyanın ən iri banan tədarükçüsü olan Cənubi Amerikada aşkar edilib. Sonradan Kolumbiya və Hondurasdakı bəzi əkin sahələri bağlandı. Fermerin ayaqqabısında gətirilən torpaq belə geniş yayılmış infeksiyaya səbəb ola bilər.
Xəstəlik əsasən Cavendish növünə təsir göstərir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu növün payına dünya banan ticarətinin 95 faizi düşür. Pərakəndə ticarətdə əsas məhsullardan biridir və qiymət artımı kritik ola bilər. Asiya və Afrikanın bir çox ölkəsində bu məhsul gündəlik pəhrizdə kartof və düyü qədər vacibdir.
Kamran