Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beş general qovuldu

Beş general qovuldu

Tarix: 14 Aprel 2021 10:52

Rusiya Prezidenti Vladimir Putin Milli Qvardiya rəhbərliyində dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Sonxeber.net xəbər verir ki, sənədi öz telegram kanalında Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn yayımlayıb. Bu qərara uyğun olaraq beş general işdən qovulub. Rosqvardiya rəhbərinin müavini - Milli Qvardiya qoşunlarının baş komandanı general-leytenant Yuri Babkin, hüquq departamentinin rəisi general-mayor Aleksandr Şkolnikov və Şimali Osetiya üzrə Rosqvardiya xidmət şöbəsinin müdiri polkovnik Elbrus Ramonov qovulub.

Eyni fərmanla general Babkin hərbi xidmətdən azad edilib. Ona əlavə olaraq, eyni qərar əvvəllər Rusiya Qvardiyasının əsas rabitə şöbəsinə rəhbərlik etmiş general-leytenant Aleksey Belyakov, kadrlarla iş üzrə baş idarənin keçmiş rəhbəri general-leytenant Nikolay Ryabchikov və keçmiş maliyyə və iqtisadiyyat şöbəsinin rəisi, general-leytenant Vyaçeslav Savkin də işdən çıxarılıb. Milli Qvardiyanın Perm Hərbi İnstitutunun keçmiş başçısı general-mayor Vladimir Kupavski də hərbi xidmətdən azad edilib.

Kamran


Etiketlər:  Beş general qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ