Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yol polisi avtomobillə azyaşlını vuraraq öldürüb - FOTO

Yol polisi avtomobillə azyaşlını vuraraq öldürüb - FOTO

Tarix: 14 Aprel 2021 13:00

Ağsu rayonunda azyaşlını vuraraq öldürən sürücü yol polisi əməkdaşıdır.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 2011-ci il təvəllüdlü Məhərrəmli Nəzrin Səbuhi qızı həmin prospektdə yolu keçmək istəyərkən onu DYP avtomobilini idarə edən polis əməkdaşı Ağsu rayon sakini Kərimov Cavid Nəriman oğlu vurub.

Yaralı dərhal Ağsu rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Nəzrin Məhərrəmli elə xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

DYP avtomobilini idarə edən Cavid Kərimov Bakı-Şamaxı əsas magistral yolunda yol polisi vəzifəsində çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Yol polisi avtomobillə azyaşlını vuraraq öldürüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ