Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2021 15:16
ABŞ Prezidenti Co Bayden aprelin 13-də rusiyalı həmkarı Vladimir Putinə başqa bir ölkədə zirvə toplantısının keçirilməsi barədə təklifinin ardınca Avstriyanın Xarici İşlər Nazirliyi Vyana şəhərinin belə bir toplantıya ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ilin iyun ayında da ABŞ-Rusiya sammiti üçün Vyana şəhərinin ev sahibliyi təklif olunsa da, həmin görüş Finlandiyanın paytaxtı Helsinki şəhərində baş tutmuşdu. Avstriya XİN-in açıqlamasında qeyd edilib ki, görüşün harda keçiriləcəyi təbii ki, işirakçı tərəflərin seçimidir. Lakin Avstriya istənilən yüksək səviyyəli danışıqların keçirilməsi üçün uyğun məkan kimi öz imkanlarını təklif etməyə hazırdır.
Sabiq ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik üzrə müşaviri Con Bolton öz memuarlarında Rusiyanın 2018-ci ildəki zirvə toplantısının keçiriləcəyi məkan kimi Vyanaya üstünlük verdiyini yazıb. ABŞ Prezidenti əvvəlcə bu təklifi dəstəkləməsinə başmayaraq, Ağ Ev administrasiyası görüşün Helsinkidə keçirilməsində israr edib.