Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2021 13:20
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukrayna konsulu Aleksandr Sosonyukun Sankt-Peterburqda saxlanılması ilə bağlı keçirilən əməliyyatın görüntülərini yayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, Rusiya vətəndaşından gizli məlumat alarkən cinayət başında saxlanılıb.
Bu hadisə iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. Ukrayna isə öz növbəsində Rusiyanın Kiyevdəki səfirliyinin böyük diplomatını ölkədən göndərir.
Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatı aprelin 19-dan etibarən 72 saat ərzində Ukraynanı tərk etməlidir. Qeyd olunub ki, belə bir qərar Rusiyanın Ukraynanın Sankt-Peterburqakı konsulunu göndərmək qərarına cavab olaraq qəbul edilib.