Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Misirdə qatar relsdən çıxdı: 8 ölü, 109 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Misirdə qatar relsdən çıxdı: 8 ölü, 109 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 18 Aprel 2021 19:58

19:56

Misirin paytaxtı Qahirənin şimalındakı Qalyubia əyalətində qatarın relsdən çıxması nəticəsində 8 nəfər həlak olub, 109 nəfər yaralanıb.

Bu barədə "Al Arabia" telekanalı Misirin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

18:37

Misirdə Qahirənin şimalındakı Qalyubia əyalətində bir qatarın relsdən çıxması nəticəsində 100-dən çox insan yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə regionun administrasiyası məlumat verib.

Əl-Ərəbiyyə telekanalının ilkin məlumatında qatar qəzasında səkkiz nəfərin öldüyü və 20-dən çox insanın yaralandığını bildirilmişdi. Qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşüb.

Sonradan qeyd olunub ki, qəzada 109 vətəndaş xəsarət alıb.

Bölgənin qubernatorluğundan verilən məlumata görə, səkkiz vaqon relsdən çıxıb.

Milli.Az


Etiketlər:  Misirdə qatar relsdən çıxdı 8 ölü 109 yaralı YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR