Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yevlaxda dəhşətli hadisə: Ata oğlunun kiçik toyunda öldürüldü - Şok təfərrüat

Yevlaxda dəhşətli hadisə: Ata oğlunun kiçik toyunda öldürüldü - Şok təfərrüat

Tarix: 19 Aprel 2021 12:34

Yevlax rayonunda qohumunu qətlə yetirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Murad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.net demokrat.az-a istinadən bildirir ki, Murad Hüseynov bacısı oğlu Nazim planlaşdırılan sünnət mərasimində iştirak etmək məqsədi ilə valideynləri, bibisi oğlanları ilə Bakı şəhərindən yeznəsin yaşadığı Yevlax şəhərinə gəlib.

Orada olarkən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Nicat Hüseynovla onun və atası arasında Nicatın onların ünvanına nalayiq ifadələr işlətdiyinə görə baş vermiş mübahisədən yayınmaq məqsədilə ailə üzvləri ilə birlikdə əmisi arvadının yaşadığı Yevlax rayonu, Malbinəsi kəndində yerləşən evinə gedib.

Bundan sonra Nicat Hüseynov yeznəsinin təkidi ilə onlarla barışmaq məqsədilə sonuncu ilə birlikdə taksi ilə Yevlax rayonun, Malbinəsi kəndinə gəlib. Nicat Hüseynov sərxoş vəziyyətdə əlində olan boş pivə şüşəsini silah qismində istifadə etməklə həmin vaxt küçədə olan atasının üz nahiyəsinə qəflətən vurub.

Nəticəsində yaranmış səs-küyü eşidərək küçəyə çıxan Murad Hüseynov Nicat Hüseynovu sakitləşdirmək istəyərkən sonuncu əlində olan pivə şüşəsi ilə onun da bədəninin müxtəlif nahiyələrinə vurub.

Bundan hiddətlənən Murad Hüseynov Nicat Hüseynovdan qisas alaraq onu öldürmək qərarına gəlib. Bu məqsədlə bıçağını götürərək geri qayıdıb və Nicat Hüseynovun üzərinə hücum edib. Ona çoxsaylı zərbələr vurub. Nicat Hüseynov aldığı zərbələrdən ölüb.

İstintaq orqanı tərəfindən Murad Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Murad Hüseynovun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, bacısı oğlunun toyunda iştirak etmək məqsədilə ailə üzvləri ilə Yevlax şəhərinə gəliblər: "Bacımın əri Nicat yeznəm olmaqla bərabər, həm də əmim oğludur. Nicat həmin vaxt içkili olub. Nicat ilk əvvəl mənə sataşdı. Mən də Nicatın içkili olduğunu gördüm, onun yanından uzaqlaşdım. Sonra Nicat bibim oğlu Şöhrətlə zarafat etməyə başladı. Şöhrət də ona "ayıbdır, camaat var" deyə cavab verdi. Bundan sonra Nicat Şöhrətə qarşı nalayiq ifadələr işlətdi".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, ailəsi ilə Yevlax rayonu Malbinəsində yerləşən bibisinin yaşadığı evə gəliblər: "Yolda olarkən Nicat atam Ramazana zəng edərək yenə də anama və var-yoxuma qarşı nalayiq ifadələr işlətdi. Buna baxmayaraq buna məhəl qoymadan kəndə getdik".

Murad Hüseynov bildirib ki, gecə saat 01 radələrində Yasinlə görüşmək üçün atası Ramazan darvazadan çölə çıxıb: "Həyətdə olarkən çöldə səs eşitdim və darvazadan çölə çıxdım. Nicat yük maşınının arxasından çıxaraq əlindəki boş "Kuller" butulkası ilə atam Ramazanın sifətinin sağ hissəsindən vurdu. Bunu görəndən sonra qonaq gəldiyimiz evin darvazasından içəri girdim. Orada daşın üzərində olan dəstəyi qara rəngli, tiyəsi gümüşü rəngli bıçağı götürdüm və yenidən çölə çıxdım. Ramazanla Nicatı aralamaq istəyərkən qəfildən Nicat əlindəki həmin boş butulka ilə başıma vurdu. Butulka qırıldı, həmin vaxt sol əlimin üzəri də kəsildi, yerə yıxıldım. Nicat yenə mənə qarşı nalayiq ifadələr işlətməkdə davam etdi. Yerdən qalxaraq bıçaqla Nicatı vurdum".

Murad Hüseynovun sözlərinə görə, özünü və atasını müdafiə etmək üçün Nicatı öldürüb: "Əgər Nicatı vurmasaydım, Nicat bizi öldürəcəkdi. Törətdiyim əməldən peşmanam".

Məhkəmənin hökmü ilə Murad Hüseynov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Yevlaxda dəhşətli hadisə oğlunun kiçik toyunda öldürüldü Şok təfərrüat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ