Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində daşqınlar 14 nəfəri öldürdü

Çində daşqınlar 14 nəfəri öldürdü

Tarix: 29 Iyul 2019 20:52

Bakı. Trend:

Çinin cənub-qərbindəki Yunnan əyalətində aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 14 nəfər həlak olub.

Trend-in məlumatına görə, son dörd gün ərzində qeydə alınmış hadisələr nəticəsində 31 mindən çox sakin fəlakət zonasında qalıb.

İki nəfərin itkin düşdüyü hesab olunur. 100-dən çox sakin təxliyə edilib.

Ümumilikdə, 1,3 hektar əkin sahəsinə ziyan dəyib, 100-dən çox yaşayış evi dağılıb.

Sinoptiklərin proqnozlarına əsasən, aramsız yağışlar iyulun 31-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çində daşqınlar nəfəri öldürdü


RƏYLƏR