Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2021 16:27
Rusiyanın Azərbaycanla sərhəddə hərbi baza açması gələcəkdə Azərbaycana qarşı yönələ bilər.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, rəsmi Bakı bu məsələni Moskava ilə aydınlaşdırmalıdır:
"Rusiya hərbi bazasının Azərbaycanla sərhədə köçürülməsini Ermənistan müdafiə naziri demişdi, lakin o, bunu təsdiq edilmiş məlumat kimi açıqlamamışdı. Amma bu dəfə baza ilə bağlı açıqlamanı Ermənistanı idarə edən birinci şəxs, yəni Baş nazir Nikol Paşinyan deyir. Bu, o deməkdir ki, Rusiya ilə Ermənistan arasında Azərbaycanla sərhəddə hərbi baza yaradılması istiqamətində danışıqlar gedir. Baş Qərargah rəisinin Moskvaya göndərilməsi də danışıqların artıq genişləndirilməsindən xəbər verir. Belə olan halda isə biz artıq bu məsələni rəsmi Yerevanla deyil, Rusiya ilə aydınlaşdırmalıyıq. Çünki Rusiya vasitəçidirsə, bərabər məsafədə dayanmalıdır. Hərbi bazanın niyə yaradılması və kimə qarşı olması barədə məlumat verilməlidir. Bu cür addımlar Azərbaycana qarşı yönələ bilər və bu da Rusiyanın bizə dost olmamasının təsdiqi ola bilər".