Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son 14 ayda Türkiyəni 17 milyondan çox turist ziyarət edib

Son 14 ayda Türkiyəni 17 milyondan çox turist ziyarət edib

Tarix: 19 Aprel 2021 22:02

Dünyanı öz mənfi təsiri altına alan COVID-19 pandemiyasına baxmayaraq 2020-ci il və 2021-ci ilin ilk iki ayı ərzində Türkiyəni 17 milyon 18 min 964 turist ziyarət edib. Qardaş ölkə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində "Güvənli turizm" tətbiqinə başlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin statistik göstəricilərində bildirilir.

Statistikaya əsasən, pandemiya səbəbindən 2020-ci ildə Türkiyənin bölgələrini ziyarət edən turist sayı 2019-cu illə müqayisədə 69,14 faiz azalaraq 15 milyon 971 min 201 nəfər təşkil edib. Onlardan 12,7 milyonu xarici, 3,2 milyonu isə yerli turistlərdir.

Ölkənin sərhəd keçid məntəqələrinin statistik göstəricilərinə əsasən, 2021-ci ilin yanvar ayında 509 787, fevralda isə 537 976 xarici vətəndaş Türkiyəyə gəlib. Bu göstəricilərə əsasən 2021-ci ilin ilk iki ayı ərzində qardaş ölkəni ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70,24 faiz azalıb.

Bu dövr ərzində Türkiyəni ən çox ziyarət edən turistlər arasında 2 milyon 128 min 758 nəfərlə Rusiya ilk sıradadır. Qardaş ölkəyə gələn xaricilərin böyük əksəriyyəti İstanbula giriş edib.

Qeyd edək ki, pandemiya dövrü ərzində Türkiyəyə gələn turistlərin təbiət turizminə daha çox maraq göstərdiyi müşahidə edilib.


Etiketlər:  ayda Türkiyəni milyondan çox turist ziyarət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ