Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları - FOTO

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları - FOTO

Tarix: 20 Aprel 2021 08:24

Bakının Sabunçu rayonunda baş vermiş yol qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Ravon" markalı avtomobilin vurması nəticəsində 1993-cü il təvəllüdlü Yuniszadə Gülnar Vasif qızı və onun oğlu 2012-ci il təvəllüdlü Yusmir Yuniszadə dünyasını dəyişib, G.Yuniszadənin bacısı, 1996-cı il təvəllüdlü Cəfərzadə Fidan Vasif qızı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.

Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır.

Milli.Az


Etiketlər:  Aeroport yolunda qəzada ölən xəsarət alanların adları FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ