Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqsanəyə qarşı kampaniya başladı

Rəqsanəyə qarşı kampaniya başladı

Tarix: 20 Aprel 2021 10:55

Əməkdar artist Ruhəngiz Allahverdiyeva müğənni Rəqsanə İsmayılovanın toy üçün Moskvaya gedən xanım həmkarlarını tənqid etməsinə qarşı çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Elgizlə izlə" proqramında qonaq olan sənətçi şəxsi həyatın toxunulmaz olduğunu xatırladıb.

O, məclislərə görə həmkarlarının bir-birini alçaltmalarına etirazını bildirib: "Mən Moskvadakı toylarda çıxış edən illərdə heç kəs yox idi. İndi getmək fikrim yoxdur. Vəziyyət düzəldikdən sonra toya və konsertə getmək olar. Baxıram, müğənnilər bir-birini yıxır, vurur. Lazım deyil! Kim hardan, necə getdi, nələr etdi... 

Onsuz da kimin ürəyi nə istəyibsə, onu da edib. Bu, onun şəxsi işidir. Ancaq yıxıb-sürümək, ünvanına nəsə demək, xətrinə dəymək olmaz, günahdır. Heç kəsi qınamasınlar. Bir-birimizi alçaltmayaq".

Xatırladaq ki, bir neçə gün öncə müğənni Rəqsanə İsmayılova Rusiyaya toya gedən qadın həmkarlarını sərt tənqid edərək hədələmiş, onların qeyri-etik hərəkətlər etdiyini bildirmişdi. 

Milli.Az


Etiketlər:  Rəqsanəyə qarşı kampaniya başladı


RƏYLƏR