Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağsuda vətəndaşları əlillik düzəltmək adı ilə aldadan şəxs ələ keçdi

Ağsuda vətəndaşları əlillik düzəltmək adı ilə aldadan şəxs ələ keçdi

Tarix: 20 Aprel 2021 11:22

Ağsu rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini Şahalı adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 7000 manata yaxın pullarını aldığını bildiriblər.

Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş rayonun Qiyaslı kənd sakini Şahalı Eminov saxlanılıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Ş.Eminovun Ağsuda, eləcə də respublikanın digər şəhər və rayonlarında oxşar cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Ağsu Rayon Polis Şöbəsi və ya şəhər telefonlarından 020-226-51-23 nömrəsi, habelə DİN-in "102" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.


Etiketlər:  Ağsuda vətəndaşları əlillik düzəltmək adı ilə aldadan şəxs ələ keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ