Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan səhiyyəsində ilk - VİDEO

Azərbaycan səhiyyəsində ilk - VİDEO

Tarix: 20 Aprel 2021 12:40

600 qramlıq körpə küvəzdə qapalı ürək əməliyyatı olunub

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Azərbaycanda körpəyə ilk dəfə küvez içində qapalı ürək əməliyyatı olunub.

Belə ki, Mərkəzi Klinikaya digər xəstəxanada doğulmuş 23-24 həftəlik, 600 qram çəki ilə, həyatının ilk sutkasında çox ağır vəziyyətdə olan körpə təxliyə olunub.

Baş həkimin sözlərinə görə, müayinə nəticəsində körpədə yalnız vaxtından əvvəl doğulma, çəkidə geri qalma deyil, sepsis başda olmaqla ağciyərlərində inkişafdan geri qalma və ürəkdə anadangəlmə qüsur aşkarlanıb. Müalicə zamanı körpənin ümumi vəziyyəti yaxşılaşsa da onu süni nəfəs aparatından ayırmaq mümkün deyildi.

Azərbaycan səhiyyəsində bir ilk olan bu əməliyyat uğurlu sonluqla başa çatıb. Əməliyyatdan sonra körpə süni nəfə aparatından ayrılaraq evə buraxılıb. Hazırda onun çəkisi 1 kiloqram 780 qramdır.

Təbii ki, bu cür əməliyyatların keçirilməsi ciddi komanda işidir. Bunun üçün körpənin həyatının qurtarılmasında əməyi olan Mərkəzi Klinikanın həkimlərinə ancaq təşəkkür düşür.


Etiketlər:  Azərbaycan səhiyyəsində VİDEO


RƏYLƏR