Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2021 12:46
Türkiyənin Kiliste ərazisində qadın həkimi 7 ildə 1570 dəfə fərqli nömrələrdən zəng edərək, təhdid edən şəxs saxlanıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, 19 yaşında olarkən Hacer Dəmirəl universitet hazırlığına getdiyi kursda Cəbrayıl Canla tanış olub. Platonik eşq yaşayan Can, Hacer universitetə qəbul olduqdan sonra onun izini itirib. Lakin Can Hacerin nömrəsinə dəfələrlə zəng edərək, sevdiyini söyləyib. Hər dəfəsində yox cavabı alan Can qızı axtarmağa başlayıb.
Hacer Dəmirəl universiteti bitirib, Kilistedə xəstəxanaların birində həkim vəzifəsində çalışıb. Can onun izini taparaq qarşısına çıxıb. Yenə yox cavabı alan Can bu dəfə fərqli yola əl atıb. O, həkimə fərqli nömrələrdən 7 ildə 1570 dəfə zəng edərək, təhdid edib.
Bundan sonra qadın şübhəli şəxsi poliə verib. Canın barəsində qətimkan tədbiri seçilib. Şəxsin 20 ilə qədər həbs olunacağı söylənilir.