Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BDU-nun professoru karantin qaydalarını pozdu - Özünə dəbdəbəli ad günü keçirdi - FOTO

BDU-nun professoru karantin qaydalarını pozdu - Özünə dəbdəbəli ad günü keçirdi - FOTO

Tarix: 21 Aprel 2021 17:32

Bakı Dövlət Universitetinin (BDU) professoru İradə Hüseynova karantin qaydalarını pozaraq restoranlardan birində özünə dəbdəbəli ad günü keçirib.

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, alim bununla bağlı fotoları "Facebook" hesabında paylaşıb.

Fotolardan görünür ki, İ.Hüseynova ad günü münasibətilə ziyafət təşkil olunub. Ona üzərində "Ən yaxşı elmi rəhbər" yazılmış tort hədiyyə edilib.

BDU-nun professoru ziyafətdə çəkilən fotoları belə bir təqdimatla paylaşıb: "Elmi rəhbərin ad günündə doktorantından hədiyyə almasından gözəl nə ola bilər. Yaratdığın elmi məktəbin yetirmələrinin sənə qiymət vermələri necə də xoş bir hissdir".


Etiketlər:  professoru karantin qaydalarını pozdu Özünə dəbdəbəli günü keçirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ