Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 11:36
Bakıda aparılan tikinti işləri vətəndaşların həyatı üçün təhlükə yaradır.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət Mehdi Mehdizadə küçəsindən gedir.
Tikinti aparılan əraziyə nə xəbərdarlıq nişanı qoyulub, nə də hər hansısa xətt çəkilib. Xüsusilə, bugünkü küləkli havada yaşayış binasından düşən hansısa tikinti materialı vətəndaşın zərər görməsi, hətta həyatını itirməsi ilə nəticələnə bilər.
Vətəndaşlar bildirirlər ki, tikintidən ehtiyat edərərək səkidən yola düşmək məcburiyyətində qalırlar. Bu zaman digər bir təhlükə ilə qarşılaşırlar.
Çəkiliş zamanı rastlaşdığımız iş icraçısı Mahir Mahmudov vəd edib ki, yaxın günlərdə bu problem həll olunacaq.
Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada isə qeyd olunub ki, həmin ünvanda araşdırma aparılır.
Qanun pozuntusu aşkar edildiyi halda müvafiq tədbirlər görüləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: