Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 12:30
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bu ilin gənclər üçün təsis etdiyi “Yeni Nəfəs” Milli Kino mükafatını təqdim edib.
İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Trend-ə bildirib ki, kino sənətinin inkişafındakı nailiyyətlərinə görə qurumun gənc üzvü Fariz Əhmədov Milli Kino mükafatına layiq görülüb.
Mükafatın məbləği 1000 manatdır.
O qeyd edib ki, İttifaq Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərən ustad sənətkarlara Həsən Seyidbəyli və Rasim Ocaqov adına medallar təsis edib: "Eyni zamanda, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı məşhur kinorejissor Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətiylə təqaüd təsis edib. Bununla yanaşı, kinonu ən yaxşı təbliğ edən mətbuat nümayəndələri üçün də pullu mükafatlar təsis edilib".
Qeyd edək ki, mükafatlar 2 Avqust Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin