Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 13:44
Əşyalarını tez-tez itirən insanlara dediyimiz "zəng elə, tapılsın" zarafatı gerçək olur.
Sonxeber.net Xəzərxəbər-ə istinadən xəbər verir ki, "Apple" şirkəti özünün ilk ağıllı "AirTags" nişanını təqdim edib. Onun vasitəsilə müxtəlif əşyaları - qulaqcıqdan tutmuş avtomobilədək tapmaq mümkündür.
"AirTags" "Lokator" əlavəsi ilə işləyir, bu isə "Apple" qacetlərinə quraşdırılır. Nişan itmiş əşyaların yerini xəritədə qeyd edir.
Şirkətdən söz veriblər ki, qurğu məxfilik prinsiplərinə uyğun düzəldilib və onun vasitəsilə insanları izləmək mümkün deyil.
"AirTags"ə 29 dollar qiymət qoyulub. ABŞ-da aprelin 23-dən satılmağa başlanacaq. Sonra isə digər ölkələrdə satışı gerçəkləşdiriləcək.