Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuran "Neftçi" və "Arsenal" haqda - "Onlar o qədər də zəif deyil"

Yuran

Tarix: 30 Iyul 2019 12:40

“Azərbaycan çempionatı haqda məlumatlıyam. Özüm orada çalışmışam. “Neftçi” yaxşı büdcəyə malikdir, ölkənin aparıcı klubudur. Komandaya yaxşı futbolçular cəlb edirlər”.

Qol.az xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq üzvü Sergey Yuran "Sovetski Sport"a müsahibəsində deyib.

Vaxtilə ölkəmizdə “Simurq” klubunu çalışdıran 50 yaşlı məşqçi Avropa Liqasının 2-ci təsnifat mərhələsində Tula “Arsenal”ı ilə “Neftçi”nin mübarizəsini dəyərləndirib. Təmsilçimiz haqda müsbət fikirlər səsləndirən veteran futbolçu Rusiya klubunun da asan təslim olmayacağını bildirib: “Arsenal”ın avrokubokda debüt öncəsi üç aparıcı  ön xətt oyunçusunu itirməsi məni təəccübləndirdi. Komanda indi komplektləşməyib.

Avrokuboklarda iştirak etmək azarkeşlər üçün bayramdır. Bütün şəhər səs-küylü olur. Klub isə Avropada nüfuz qazanır. Əlbəttə, buna görə “Arsenal” “Neftçi”ni keçməyə çalışacaq. Tulalılar mübarizə aparacaqlar. Onlar o qədər də zəif deyillər”.

Qeyd edək ki, "Neftçi" ilə "Arsenal"ın cavab oyunu avqustun 1-də "Bakcell Arena"da keçiriləcək. Tuladakı ilk görüşdə "ağ-qaralar" 1:0 hesablı qələbə qazanıb.


 

 


Etiketlər:  Yuran Neftçi Arsenal haqda Onlar o qədər zəif deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ