Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 20:10
Paytaxtda piyadaların iştirakı ilə ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi yollardan biri olan Zabrat yolundakı iki piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor obyektləri quraşdırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin, xəstəxanaların və məktəblərin olduğunu nəzərə alaraq, piyadaların, o cümlədən əlilliyi olan şəxslərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə piyada keçidlərində panduslar inşa edilib, pandusların üzərinə hiss ediləbilən döşəmələr yerləşdirilib, işıqfor obyektlərinə çağırıcı qurğular yerləşdirilib.
Görülən işlər həmin yol sahələrində yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqla yanaşı, həm də piyadaların rahat hərəkətinə şərait yaradacaqdır, deyə agentliyin məlumatında qeyd olunub.