Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 22:42
Yaşla və ya səhhətinizdəki müxtəlif problemlər nəticəsində üzünüzdə qara ləkələr və piqmentlər yarana bilər.
Bu, qeyri-sağlam qidalanma, eləcə də günəş şüalarının mənfi təsiri ilə də bağlı ola bilər.
İstənilən halda problem dəridə öz izini qoyur.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu yazıda oxucuları piqment ləkələrinin öhdəsindən gəlməyə kömək edəcək səmərəli və təbii vasitələrlə tanış edibik.
1. Çiy kartof
Çiy kartofda bir çox faydalı maddələr, o cümlədən C vitamini var. Bu dəri hüceyrələrin yeniləşməsini sürətləndirir və təravətləndirir. Bunun üçün gecə yatmazdan əvvəl üzünüzü 10 dəqiqə çiy kartof dilimi ilə 3-4 dəfə silmək tövsiyə olunur. Əgər dəriniz həddən artıq qurudursa, kartof dilimini bir az su ilə islatmaq olar.
2. Təbii yoqurt
Təbii yoqurt üz dərisinin müalicəsi üçün gözəl vasitədir. Onda dərini yumşaldan, nəmləndirən və ləkəni təmizləyən süd turşuları var. Yoqurtun maksimum səmərəli işləməsi üçün onu üzün ləkəli hissələrinə sürtün və sadəcə, 20 dəqiqə saxlayın. Bir neçə prosedurdan sonra effektini görəcəksiniz.
3. Əzvay
Müalicəvi əzvay bitkisi təkcə yanıqlarda və digər problemlərə kömək etmir. O, həm də dəri üçün əla vasitədir. Onda ölü hüceyrələri təmizləyən, dərinin regenerasiyasını gücləndirən və piqment ləkələrdən xilas olmağa kömək edən fermentlər var. Mütəxəssislər hər gün əzvay yarpaqların şirəsindən istifadə etməyi məsləhət görürlər. Bunun üçün üzünüzə hər gün sadəcə əzvay şirəsi çəkin.
4. Alma sirkəsi
Alma sirkəsində dərinin yenilənməsinə və təmizlənməsinə kömək edən bütöv bir təbii maddələr kompleksi var. Onun tərkibindəki xassələr piqmentləri azaltmağa kömək edir. Alma sirkəsinə batırılmış pambıq diskin köməyi ilə ləkələri silin. Bunu bir ay ərzində mütəmadi olaraq edin. Əgər dəriniz çox həssasdırsa və qıcıqlanırsa, onda sirkənin təsirini zəifləşdirmək üçün içinə bir az su əlavə edə bilərsiniz.
5. Sarıkök
Sarıkök dəri üçün həm çox gözəl müalicə, həm də iltihab əleyhinə güclü vasitədir. Təbii kosmetika tərəfdarları onu maska şəklində hər həftə istifadə etməyi tövsiyə edirlər. Bu, nəinki dərinin ümumi vəziyyəti yaxşılaşdıracaq, həm də piqment ləkələri azaltmağa kömək edəcək.