Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 17:34
Yaponiyanın Baş naziri Yoşihide Suqa ölkənin bir neçə prefekturasında COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, COVID-19-a yoluxma sayının artmasının qarşısını almaq üçün fövqəladə vəziyyət Tokio və Yaponiyanın qərb prefekturaları olan Osaka, Kioto və Hyogoda elan olunub.
Fövqəladə vəziyyət aprelin 25-dən mayın 11-dək davam edəcək.
Fövqəladə vəziyyət çərçivəsində tamaşaçıların iştirakı ilə böyük tədbirlərin, idman yarışlarının keçirilməsi qadağan ediləcək, qatar və avtobuslar həftəsonları və tətil günləri müəyyən saatlarda fəaliyyət göstərəcək.
Restoran və barlarda alkoqolun istifadəsi dayandırılacaq və 20:00-dan sonra bu məkanlar bağlanacaq. Həmçinin, böyük mağazalar və ticarət mərkəzləri də fəaliyyətini dayandıracaq.
Bildirilib ki, fövqəladə vəziyyət 126 milyon nəfəri və ölkə iqtisadiyyatının üçdə birini əhatə edir.