Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2021 20:32
Bu günə qədər Özbəkistanda COVID-19 virusuna qarşı 510 min 329 nəfər peyvənd olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, vaksinasiyadan sonra bəzilərində hərarətin qalxması, başda və bədənin ayrı-ayrı yerlərində ağrılar, zəifliklə müşahidə olunub.
Ölkədə vaksinasiya aprelin 1-də başlayıb, əhalinin peyvənd olunması üçün hələ ki, "AstraZeneca" və Özbəkistanın da həmmüəllifi olduğu Çinin ZF-UZ-VAK2001 vaksinindən istifadə edilir.
Əhalini vaksinasiya etmək üçün respublikada ümumilikdə 3138 peyvənd otağı və 820 mobil briqada yaradılıb.
Xəbər verdiyimiz kimi vaksin birinci növbədə yaşı 65-dən yuxarı olan vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda olanlara vurulur.