Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamal Sunal adına muzey açılacaq

Kamal Sunal adına muzey açılacaq

Tarix: 23 Aprel 2021 21:08

Məşhur türk aktyoru Kamal Sunalın adına doğulduğu və doqquz yaşına qədər yaşadığı Malatya şəhərinin Gökçə məhəlləsində muzeyi yaradılacaq.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyə tərəfindən inşa ediləcək muzey təxminən min kvadrat metrlik ərazidə tikiləcək.

Qeyd edək ki, 3 iyul 2000-ci ildə infarktdan vəfat edən türk kinosunun gülər üzü, mərhum Kamal Sunalın replikası 2017-ci ildə Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən sənət küçəsində açılan mədəniyyət evində sənətsevərlərə təqdim edilmişdi. (publika.az)

Milli.Az


Etiketlər:  Kamal Sunal adına muzey açılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ