Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2021 23:48
"Baydenin açıqlaması yox hökmündədir və tarixi dəyişdirə bilməz".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu hərbi və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar bildirib.
A.Ağar deyib ki, 1915-ci ildə Osmanlı İmperatorluğunun parçalanması üçün ermənilərdən istifadə olunub, ölkənin sabitliyi pozulub və Osmanlı dövləti də təhlükəsizliyi üçün ermənilərin xəyanəti qarşılığında onları deportasiya edib: "Ermənilər bu prosesdə 5 milyon civarında türk və müsəlmanları qətlə yetirdikləri üçün deportasiya olunublar və bu prosesdə yaşanan bəzi olayları ermənilər öz mənfəətləri üçün istifadə ediblər və hələ də edirlər".
Ekspertin sözlərinə görə, digər tərəfdən uzun illərdən bəri Türkiyə əleyhinə istifadə olunan bu ünsürdən Qərb dünyası yararlanaraq Türkiyəni təkləmək siyasəti yürüdür.
A.Ağar bildirib ki, Azərbaycanın Qarabağ zəfərinin Ermənistanı böyük xəyal qırıqlığına uğratması, Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmaz birliyi də qərb dünyasını qıcıqlandırır və xəstə erməni təxəyyülündən rıçaq olaraq istifadə edilir: "ABŞ Prezidenti "soyqırımı" ifadəsini işlətməklə ölkəsindəki erməni lobbisinə bir növ təsəlli verir, öz ölkəsindəki erməniləri məmnun edir və bu bəyanatın Türkiyə ilə Azərbaycanı gələcəkdə təzyiq altında saxlamaq məqsədi güdür, amma iki qardaş ölkəni sarsıltmaq cəhdlərinin heç bir əhəmiyyəti yoxdur".
Ekspert deyib ki, ABŞ-ın bu mövqeyindənsə başda Yaxın Şərq olmaqla bir çox coğrafiyaları qan gölünə çevirməsinə baxmalıdır: "Burada baxılması olan əsas məsələ ABŞ-ın insanlıq önündə işlətdiyi cinayətlərdir".