Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 17:15
Bakı. Rufiz Hafizoğlu - Trend:
İraq dəmir yollarını Türkiyə ilə birləşdirmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə İraq Nəqliyyat Nazirliyi bildirib.
İraqla Türkiyə arasında dəmir yolunun tikintisi ilə “İraq Milli Dəmiryol Şirkəti” məşğul olacaq.
Qeyd edək ki, hazırda İraqla Suriya arasında mövcud olan dəmir yolu xətti Türkiyəyə marşrut qismində istifadə olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin