Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2021 15:20
Ölkə QHT-ləri ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyib.
Sonxeber.net bildirir ki, ölkənin QHT-ləri bununla bağlı bəyanat yayıb. Bəyanatda aşağıdakılar bildirilir:
"ABŞ Prezidenti Cozef Bayden dünən "1915-ci il hadisələri"nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində baş verən hadisələri "soyqırım" adlandırıb. ABŞ kimi qlobal məsuliyyəti olan dövlətin prezidentinin heç bir tarixi, hüquqi və siyasi əsası olmayan iddianı rəsmi şəkildə səsləndirməsi erməni "soyqırımının" beynəlxalq səviyyədə siyasi instrumentə çevrildiyini göstərir. Hesab edirik ki, bu hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir. Tarixi faktlar qeyd olunan dövrdə Anadoluda heç bir soyqırımı aktının baş vermədiyini təsdiq edir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə "ermənilərə qarşı soyqırım"ın tanınması barədə qərar qəbul etməyib.
Ermənilərin "soyqırım" iddiaları "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan avantürist erməni toplumunun qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, həmçinin, XX əsrin əvvəllərində və sonunda Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı törətdikləri soyqırım və terror siyasətinə bəraət qazandırmaq cəhdidir.
Əgər ABŞ dünyadakı soyqırım faktlarının aşkarlanaraq nəticələrindən dərs çıxarılmasında maraqlı olsaydı ilk növbədə ermənilərin birinci dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Şərqi Anadoluda və Cənubi Qafqazda törətdiyi soyqırım zamanı yüzminlərlə türk, müsəlman və yəhudinin milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsini pisləyərdi. Çünki XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin qətlə yetirdiyi türklərin sayı yüzminlərlədir. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirik ki, ermənilərin 1992-ci ildə Xocalıda dinc, mülki azərbaycanlılara qarşı törətdiyi vəhşi cinayət beynəlxalq normalara uyğun olaraq soyqırım aktıdır. Biz Azərbaycan QHT-ləri olaraq Xocalı soyqırımının 30 ilinin tamam olduğu 2022-ci ilin 26 fevralında Cozef Baydendən ictimaiyyət qarşısında çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qətiyyətlə pisləməyə çağırırıq.
Azərbaycan QHT-ləri olaraq qardaş Türkiyəyə qarşı aparılan çirkin kampaniyanı və regionda sülhü və təhlükəsizliyi açıq təhdid edən xəstə erməniçilik ideyalarını gücləndirməyə xidmət edən ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyirik. Hər zaman regionda və dünyada uzunmüddətli sülhün, əminamanlığın və təhlükəsizliyin bərqərar olmasına töhfələr verən qardaş Türkiyə dövləti ilə birmənalı şəkildə həmrəy olduğumuzu bildiririk".
Rauf Zeyni |
Azərbaycan Milli QHT Forumu |
|
Vüqar Əhmədov |
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi |
|
Əliməmməd Nuriyev |
Konstitusiya Araşdırmalar Fondu |
|
Umud Mirzəyev |
Beynəlxalq Avrasiya Mətbuat Fondu |
|
Sahib Məmmədov |
Vətəndaşların əmək hüquqlarını müdafiə liqası |
|
Yeganə Hacıyeva |
Gənc Demokratlar İnstitutu İctimai Birliyi |
|
Solmaz Əliyeva |
Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi |
|
Rufiz Qonaqov |
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi |
|
Əlisəfa Mehdiyev |
Dinc Dünya Araşdırma Mərkəzi |
|
Rəna Mirzəzadə |
Gender və İnsan Hüququ Araşdırma Birliyi |
|
Qadir İbrahimli |
Güzəran Sosial araşdırmalar İctimai Birliyi |
|
Elməddin Həsənov |
İnkişafa Doğru Sosial Araşdırmalar İctimai Birliyi |
|
Qafar Mehdiyev |
Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası |
|
Mübariz Laçınov |
Sivilizasiya Monitorinq və Araşdırmalar Mərkəzi İctimai Birliyi |
|
İlqar Hüseynli |
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi |
|
Azər Qurbanəliyev |
Tolerantlıq Sosial Araşdırmalar İctimai Birliyi |
|
Rəfail Ağayev |
"Avropa Gənclər Parlamenti - Azərbaycan" ictimai birliyi |
|
Nərgiz Balakişiyeva |
Ziya Hüquqi və sosioloji araşdırmalar Cəmiyyəti |
|
Seymur Verdizadə |
Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi |
|
Araz Aslanlı |
Qafqaz Beynəlxalq münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi |
|
İradə Yaqubova |
ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi |
|
Nüşabə Məmmədova |
"Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyi" |
|
Vasib Sadıqov |
"Dirçəliş" İqtisadi Araşdırmalar Cəmiyyəti |
|
İlham Məmmədzadə |
"Fəlsəfə Araşdırmalar" Ictimai Birliyi |
|
Hatəm Cabbarlı |
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi |
|
Ramil İsgəndərli |
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi |
|
Fəxrəddin Həsən-zadə |
"Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyi |
|
Əhməd Əlili |
İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi |
|
Azər Əliyev |
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası |
|
Şəlalə Həsənova |
İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi |
|
Səbuhi Abbasov |
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi |
|
Fuad Abbasov |
"Misra" informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi |
|
Ayaz Mirzəyev |
"Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi" |
|
Fuad Hüseynzadə |
"Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyi |
|
Ramiz Əliyev |
"Sağlam Düşüncə" Gənclər Təşkilatı İctimai Birliyi |
|
Pərviz Mirələmli |
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı |
|
Şəhla Nağıyeva |
"Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi |
|
Toğrul Allahverdili |
Üçüncü Sektor İctimai Birliyi |
|
Məryəmxanım Tağıyeva-Zeynalova |
"Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı" |
|
Qurban Kərimbəyli |
"Gəncliyin Şöləsi" Gənclərin İnkişafı İctimai Birliyi |
|
Günay Vəlizadə |
Ermənistandan olan Azərbaycanlı qaçqınlar İctimai Birliyi |
|
Fərid Şahbazlı |
İslahatçı Gənclər İctimai Birliyi |