Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2021 19:18
Tailandın Baş naziri Prayut Çan-oça COVID-19 tədbirləri çərçivəsində maska taxmaq tələbini pozduğu üçün 6.000 baht (323 AZN) pul cəzasına məhkum edilib.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, buna səbəb baş nazirin rəsmi Feysbuk səhifəsində toplantılardan birində maskasız görüldüyü fotonu paylaşması olub.
Kütləvi reaksiyalardan sonra o, fotonu hesabından silib.
Hadisənin səs-küy doğurmasından sonra Taylandın Bangkok valisi Asvin Kvanmuanq baş nazirə bunun qayda pozuntusu olduğunu bildirdiyini rəsmi Feysbuk hesabında paylaşıb.
Xatırladaq ki, Tayland Baş naziri mart ayında keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına əsəbiləşərək onların üzərlərinə dezinfeksiyaedici maddə səpmişdi.