Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 08:32
Bakı. Trend
Türkiyə Suriya ilə sərhədini terrorçulardan təmizləməklə "sülh dəhlizi" yaratmaq üçün səy göstərmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurası iclasının yekununda qəbul olunmuş bəyanatda deyilir.
Bəyanatda Türkiyənin yerli və xarici terror qruplaşmaları ilə qətiyyətlə mübarizəni davam etdirəcəyi də bildirilir, sərhədinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyini vurğulanır.
NATO ilə münasibətlərə gəlincə, bəyanatda Türkiyənin öz öhdəliklərini yerinə yetirdiyini və müttəfiqlərindən strateji tərəfdaşlıq, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından eynisini gözlədiyini qeyd olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin