Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olundu - FOTO

Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olundu - FOTO

Tarix: 28 Aprel 2021 14:50

14:48

Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olunub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Azərbaycan Ordusunda hərbi xidmət edən hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Elvin Fuad oğlu Mustafayev Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına təqdim edilib.

Qeyd edək ki, Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü. Ötən gün ordumuzun hərbi qulluqçusunun şəhid olduğu məlum olub.

--------

12:45

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, əsgər Mustafayev Elvin Fuad oğlunun şəhid olduğu müəyyənləşib.


Etiketlər:  Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ