Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya heç vaxt “G8”ə qayıtmayacaq''

''Rusiya heç vaxt “G8”ə qayıtmayacaq''

Tarix: 28 Aprel 2021 15:46

"Böyük səkkizlik" (G8) formatı dünəndə qaldı, Rusiya heç vaxt ora qayıtmayacaq.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Dəfələrlə demişik ki, bir daha heç vaxt ora dönməyəcəyik. "Səkkizlik" artıq olmayacaq, bu, dünən idi", - Lavrov əlavə edib.

2019-cu ilin sonunda Moskva bəyan edib ki, Rusiyanın "yeddilik qrupu"na qayıtmaq istəyi yoxdur. Xarici İşlər Nazirliyi Moskvanın G20 və BRICS daxil olmaqla digər formatlarda qarşılıqlı əlaqə variantlarını nəzərdən keçirdiyini qeyd edib.

"G8" formatı 1998-ci ildən 2014-cü ilə qədər mövcud idi, klub üzvləri Soçidə növbəti zirvəyə getməkdən imtina etdikdə və Krıma görə Brüsseldə Rusiyasız toplandıqdan sonra bu format "G7"yə endirildi.


Etiketlər:  Rusiya heç vaxt G8ə qayıtmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ