Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 17:46
Rusiyanın pop müğənnisi, milliyyətcə erməni olan Filip Kirkorov 35 ildən çoxdur ki, səhnədə çıxış edir. İlk dəfə o, peşəkar səhnəyə 1985-ci ildə Moskva Estrada Teatrında çıxıb.
Sonxeber.net "bizim.media"-ya istinadən xəbər verir ki, kiçik uşaq olarkən Filip səhnənin Kralı olacağını xəyal belə edə bilməzdi.
Tezliklə, 30 aprel tarixində Kirkorovun 54 yaşı tamam olacaq. Sənətçi həyatının yeni mərhələsinin başlanğıcını ictimaiyyətə elan etməyin vaxtı gəldiyini deyib.
Filip "Pyatniça" telekanalında səmimi etiraf edib ki, yaşına görə sənətdən ləyaqətlə ayrılmalıdır.