Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 17:45
"Ruzini Allah verir, dolanışıq sarıdan pis deyilik. Düzdür, o vaxtkı kimi deyilik. Amma elə də çətinlik yoxdur. Arada işlər olur gedirik. Evdə keçirilən məclislərə qatılırıq. Orada böyük ansambl yoxdur. 15 nəfərlik ansambldan düşdük 3 nəfərə".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev "Səhər mərkəzi" proqramında deyib. Sənətçi pandemiyada evlərdə keçirilən məclislərə qatıldığı etiraf edib.
Elton biznes qurub-qurmaması ilə bağlı suallara isə belə cavab verib:
"Biznesi bilmədən qurmaq olmur. Ən gözəl biznes sevdiyin işlə məşğul olmaqdır. Musiqinin haqqını verən insan musiqi ilə məşğul olmalıdır".