Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşayış yerini tərk edən daha 5 koronavirus xəstəsi saxlanılıb

Yaşayış yerini tərk edən daha 5 koronavirus xəstəsi saxlanılıb

Tarix: 30 Aprel 2021 12:20

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 29-da respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.


Etiketlər:  Yaşayış yerini tərk edən daha koronavirus xəstəsi saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ