Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 16:16
Aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, aparıcı Zülfiyyə Bayramova yenidən əməliyyat olunub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən Bayramova bunla bağlı özü məlumat yayıb. O bildirib ki, əməliyyat uğurlu keçib.
Qeyd edək ki, mədəsində şiş aşkarlanan aparıcı 2018-ci ildə əməliyyat olunmuşdu. Bir neçə gün əvvəl o, səhhətində problem yarandığını, qanazlığından əziyyət çəkdiyini açıqlamışdı.